Robben “Lion”u belə yıxdı (VİDEO)

VİDEO 22 Aprel 2010 / 12:16 3277
-  A +

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Almaniya “Bavariya”sı əvvəlki pley-off mərhələlərində olduğu kimi, yenə ilk oyunda evdə minimal fərqli (1:0) qələbə qazanıb. Bu dəfə də həlledici qolun müəllifi komandanın holland lideri Aryen Robben olub. Onun vurduğu qolla “Lion”un Almaniyada son 5 oyunda məğlubiyyətsiz seriyası qırılıb. “Bavariya”nın fransalı futbolçusu Frank Riberi üçün “Lion”la görüşlərin uğursuz olduğu bir daha təsdiqləndi. Düzdür, Riberi axır ki həmyerliləri üzərində qalib gəlsə də, özü meydanı məyus tərk etdi. Son günlərdə adı yetkinlik yaşına çatmayan qızlarla bağlı qalmaqalda hallanan Frank hələ ilk hissənin sonunda rəqibə qarşı kobudluğa görə birbaşa qırmızı aldı və meydandan çıxarıldı. Oyunun idarə edən tanınmış italyan hakim Roberto Rozetti ikinci hissənin əvvəlində “Lion”un müdafiəçisi, Riberinin yığmadakı komanda yoldaşı Jeremi Tulalanı də meydandan qovmaqla sayı bərabərləşdirdi. Qeyd edək ki, “Lion” – “Bavariya” oyunu aprelin 27-də, “Barselona” – “İnter” görüşü 28-də keçiriləcək.

 

Hürriyet Video'larını izlemek için Flash 7 veya daha yüksek eklenti yüklenmeniz gerekmektedir. Yüklemek için tıklayınız!!!

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı