"Pepə başa saldılar ki, Messiyə toxunmaq olmaz"

"Pepə başa saldılar ki, Messiyə toxunmaq olmaz"
XƏBƏR 16 Yanvar 2018 / 15:15 7679
-  A +

"Arsenal" və "Barselona"nın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb karyerası ərzində şahidi olduğu maraqlı hadisələrdən danışıb.

Qol.az-ın məlumatına görə, "footboom.com" saytına geniş müsahibə verən belaruslu futbolçu Xosep Qvardiola və Lionel Messi ilə bağlı xatirəsini bölüşüb:

"Vengerlə müqayisədə Quardiola daha emosianaldır. Bir dəfə Messini danlamağa cəhd etdi. Amma Xavi Pepə başa saldı ki, bu Leodur, ona toxunmaq olmaz".

Qeyd edək ki, 2008-ci ildə "Arsenal"dan "Barselona"ya transfer olunan Qleb kataloniyalıların heyətində 19 oyun keçirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord