Ukraynalı qapıçı rəsmən "Kəpəz"də

Ukraynalı qapıçı rəsmən "Kəpəz"də
XƏBƏR 16 Yanvar 2018 / 14:56 2942
-  A +

Ukraynalı qapıçı Sergey Litovçenkonun “Kəpəz”ə keçidi rəsmiləşib.

Qol.az-ın məlumatına görə, bu gün 30 yaşlı qolkiperlə müqavilə imzalanıb. Bu barədə S.Litovçenko özünün "İnstagram" səhifəsində yazıb. O, müqavilənin müddəti barədə məlumat verməyib.

S.Litovçenko "Kəpəz"ə keçidini şərh edib. Ukrayna mətbutına danışan 30 yaşlı qolkiper Gəncə klubunun onun üçün yeni çağırış olduğunu deyib:

"Burada komandanı yenidən qururlar. Ciddi məsələlər həll olunur. Kluba yeni baş məşqçi təyin edilib. O, komandanın tərkibini müəyyənləşdirir. Mən komandada ilk yeni futbolçulardan oldum. Məşqçinin özünün mənimlə maraqlanması komanda seçimim zamanı əsas amil oldu. Azərbaycan mənim üçün yeni ölkədir. Ümid edirəm ki, ailəmlə bura tez uyğunlaşa biləcəyik".

Qeyd edək ki, S.Litovçenkonun son klubu Tiflis "Dinamo"su olub.

Əlavə edək ki, "Kəpəz" bundan əvvəl Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov və Dieqo Souzanı heyətiə cəlb edib. 

Daha çox


Son xəbərlər