"Barselona" onu satmaqdan imtina etdi

"Barselona" onu satmaqdan imtina etdi
XƏBƏR 16 Yanvar 2018 / 13:43 4556
-  A +

"Barselona" Rafinyanı "İnter"ə satmaqdan imtina edib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı məlumata görə, kataloniyalılar İtaliya klubunun 20 milyon avroluq təklifi ilə razılaşmayıblar. "Barselona" bu keçid üçün qarşı tərəfdən 35 milyon avro tələb edib.

Qeyd edək ki, həm Braziliya, həm də İspaniya vətəndaşlığı olan Rafinya "Barselona"nın yetirməsidir. Onun digər qardaşı Tyaqo isə "Bavariya"nın şərəfini qoruyur.

Daha çox


Son xəbərlər