Mbappe, Neymar, yoxsa Balotelli?

Mbappe, Neymar, yoxsa Balotelli?
DÜNYA FUTBOLU 16 Yanvar 2018 / 13:05 5296
-  A +

Fransa futbolçularını həmkarlar ittifaqı Liqa 1-də dekabr ayının ən yaxşı namizədlərin adlarını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, namizədlər arasında PSJ-nin hücumçuları Kilian Mbappe və Neymar, "Nitsa"nın hücumçusu Mario Balotelli yer alıb. Qalib azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, K.Mbappe ötən ay 4 oyunda 4 qol vurub, eyni sayda qolun ötürməsini verib. Neymar 3 matçda 2 qol və 3 qol ötürməsi ilə yadda qalıb. Balotelli isə 3 görüşdə 3 dəfə fərqlənib.


Son xəbərlər