UEFA Superkuboku üçün 9 namizəd

UEFA Superkuboku üçün 9 namizəd
XƏBƏR 16 Yanvar 2018 / 10:30 3888
-  A +

UEFFA 2020-ci ildə keçiriləcək UEFA Supekubokunu ev sahibliyi etməyə namizəd  ölkələri açıqlayıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda 9 namizəd yer alıb. Bunlar Albaniya ("Milli Arena", Tirana), Belarus ( “Dinamo", Minsk), İsrail ("Sammi Ofer, Hayfa), Qazaxıstan (Mərkəzi stadion, Almatı), Moldova ("Zimbru", Kişinyon), Portuqaliya ("Draqau", Portu), Şimali İrlandiya ("Vindzor Park", Belfast), Finlandiya (Olimpiya stadionu, Helsinki) və Fransadır ("Qrand Stad", Nitsa).

Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidirlər. Qalibin adı mayda açıqlanacaq.

Daha çox


Son xəbərlər