"Benfika"nın futbolçusu "İnter"də

"Benfika"nın futbolçusu "İnter"də
XƏBƏR 15 Yanvar 2018 / 23:00 3700
-  A +

"İnter" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Benfika"nın futbolçusu Lisandro Lopes mövsümün sonuna kimi icarə əsasında İtaliya təmsilçisində çıxış edəcək.

Qeyri-rəsmi informasiyaya görə, 27 yaşlı müdafiəçinin icarəsi "İnter"ə 500 min avroya başa gəlib. Klub mövsümün sonu 9 milyon avro ödəyərək L.Lopesi birdəfəlik ala biləcək.

Qeyd edək ki, L.Lopes bu mövsüm Portuqaliya çempionatında 4 oyunda meydana çıxıb.

Daha çox


Son xəbərlər