Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?

Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
XƏBƏR 15 Yanvar 2018 / 18:37 3764
-  A +

"Qarabağ"dan ayrılan Dino Ndlovunun Çinin "Xançjou Qrintaun" klubuna keçidi rəsmiləşmək üzrədir.

Qol.az-ın Çin mətbuatına istinadən yaydığı məlumata görə, yeni komandası ilə bütün məsələlərdə razılığa gələn Cənubi afrikalı hücumçu yaxın günlərdə 2 illik rəsmi müqaviləyə qol çəkəcək. "Xançjou Qrintaun" klubunun ən geci bu həftə Ndlovunu təqdim edəcəyi vurğulanıb. Müqavilənin maliyyə tərəfləri açıqlanmasa da, təcrübəli forvardın Çin Superliqasında ən çox qazanan afrikalı futbolçulardan biri olacağı bildirilir.

Qeyd edək ki, "Qarabağ"ın Ndlovunu 750 min avro qarşılığında Çin klubuna satdığı iddia olunur

Daha çox


Son xəbərlər