Dembele yenə zədələndi

Dembele yenə zədələndi
XƏBƏR 15 Yanvar 2018 / 18:30 4100
-  A +

"Barselona"nın futbolçusu Usman Dembele yenidən zədələnib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, onun 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Dembelenin La Liqanın 19-cu turunda keçirilən "Real Sosyedad"la oyuna zədəli halda çıxdığı və bu səbəbdən durumun daha da ağırlaşdığı vurğulanıb.

Qeyd edək ki, U.Dembele zədəsini yeni sağaltmışdı.

Əlav edək ki, U.Dembele "Real Sosyedad"a 4:2 hesabı ilə qalib gəldikləri matçın 65-ci dəqiqəsində meydana daxil olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın