Futbolçunu vuran hakimə sərt cəza

Futbolçunu vuran hakimə sərt cəza
XƏBƏR 15 Yanvar 2018 / 18:14 4575
-  A +

Fransa Futbol Federasiyası ölkə çempionatının 20-ci turunun "Nant" - PSJ oyununun (0:1) baş hakimi Toni Şaprona ağır cəza verib.

Qol.az-ın "sports.ru" saytına istinadən məlumatına görə, oyunun sonlarında qonaq komandanın üzvü Dieqo Karlosu vuran, daha sonra isə ikinci sarı vərəqə ilə meydandan qovan referi qeyri-müəyyən tarixə qədər futboldan kənarlaşdırılıb.

Qeyd edək ki, görüşün 90-cı dəqiqəsində Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan 46 yaşlı hakim futbolçuya  ikinci sarı vərəqə göstərərək meydandan qovub.

Daha çox


Son xəbərlər