Premyer Liqa klubunda yeni baş məşqçi

Premyer Liqa klubunda yeni baş məşqçi
XƏBƏR 15 Yanvar 2018 / 16:49 2246
-  A +

İngiltərənin “Stok Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanı Pol Lambert çalışdıracaq. Şotlandiyalı məşqçi ilə 2.5 illik müqavilə imzalanıb.

48 yaşlı mütəxəssis bu vəzifədə ötən həftə istefaya göndərilən  Mark Hyuzu əvəzləyib.

“Stok Siti” 23 turdan sonra 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, P.Lambertin son klubu “Vulverhempton” olub.

Daha çox


Son xəbərlər