"Neftçi"dən ayrılmaq çox çətin idi" - Uqo Barqas

"Neftçi"dən ayrılmaq çox çətin idi" - Uqo Barqas
XƏBƏR 15 Yanvar 2018 / 15:56 2488
-  A +

"Neftçi"dən ayrılan Uqo Barqasın "Bluminq"ə keçidi rəsmiləşib.

Qol.az-ın "elmundo.com.bo" saytına istinadən məlumatına görə, Boliviya klubu ilə müqavilə imzalayan Argentina əsilli fransız hücumçu təəssüratlarını bölüşüb. 31 yaşlı forvard sonradan müqavilə müddətini uzatdığı üçün "Neftçi"dən ayrılmağın çətin olduğunu bildirib:

"Neftçi" ilə 1 illik müqavilə imzalamışdım. Amma yeni baş məşqçi gələndən sonra onun istəyilə müqavilə müddətini daha 6 ay uzatdıq. Belədə "Neftçi"dən ayrılmaq çox çətin idi. Lakin “Bluminq”ə dönmək variantı yarananda çox həyəcanlı idim. Belə vəziyyətdə “Neftçi” ilə razılıq əldə edə bildik. Bunun üçün çox xoşbəxtəm. İllər keçdikcə daha təcrübəli oluram və özünəinamım artır. Bu da komandama daha çox fayda verməyimə yetərli olacaq".

Qeyd edək ki, bu, Barqasın "Bluminq"ə 3-cü qayıdışıdır. O, "Neftçi"yə də məhz Boliviya klubundan keçmişdi.

Daha çox


Son xəbərlər