"İki oyunçumuzu və baş məşqçimizi Bakıya göndərə bilərik" - Fikrət Orman

"İki oyunçumuzu və baş məşqçimizi Bakıya göndərə bilərik" -  Fikrət Orman
ÖLKƏ FUTBOLU 15 Yanvar 2018 / 15:12 6420
-  A +

"İran və Azərbaycana getmək istəyirik. Milli komandaların oyunları ilə bağlı fasilədə həmin ölkələrin çempionatlarında boşluq yaranır. Onda isə futbolçular yığmanın düşərgəsində olduqlarından getməkdə çətinlik çəkirik. Bəzən siyasi vəziyyətlər də səfərimizə təsir edir. Amma niyyətimiz dəyişməz olaraq qalır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Beşiktaş" klubunun prezidenti Fikrət Orman bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, fevral ayında klubun nümayəndə heyətinin Azərbaycana gələcəyini bildirib: "Azərbaycan hər zaman ciddiyə aldığımız bazardır. Fevral ayının əvvəlində nümayəndələrimiz Bakıya gedəcəklər. Gələn ay orada insanların cəm şəkildə matçlarımızı seyr edə biləcəyi bir məkan və mağaza açılacaq. Açılış üçün iki oyunçumuzu və baş məşqçimizi də Bakıya göndərə bilərik".

Türkiyədə oyunların gündüz saatlarında keçirilməsinin tərəfdarı olduğunu bildirən F. Orman "Konyaspor"la Superkubok matçında yaşananları xatırladıb: "Qışın ortasında saat 20:30-da "Osmanlıspor"la kubok oyunu oynayacağıq. Buranın nə qədər soyuq olduğunu bilirik. Türkiyə Futbol Federasiyasına müraciət etdik, alınmadı. Bu görüşdə hamı görsün deyə futbolçularımızı oynatmaq istəyirik, amma riskə girə bilmərik. Burda bir futbolçumuz zədələnsə, Çempionlar Liqası və Super Liqada problem yaşayarıq. "Beşiktaş" Samsunda "Konyaspor"la bir oyun keçirdi. İctimaiyyətin yadında oyun yox, dava, bıçaqlaşma qaldı. Həmin vaxt da demişdim, kaş ki, o oyunu Bakıda, İndoneziyada oynayardıq. Biz Türkiyənin tanıtımını yüksəltmək istəyirik".

Daha çox


Son xəbərlər