Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə

Ronaldo "MY"ə qayıtmaq istəyir -  aldadıldığına görə
XƏBƏR 15 Yanvar 2018 / 14:54 7437
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo komandadan ayrılmaq istəyir.

Qol.az-ın İspaniyanın “As” qəzetinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu özünü klub prezidenti Florentino Peres tərəfindən aldadılmış hiss edir.

Klub rəhbəri Ronaldoya yeni müqavilə ilə bağlı verdiyi vədə əməl etməyib. İddia olunur ki, “Real” ötən mövsüm Çempionlar Liqasını qazananda Peres Ronaldoya  yeni müqavilə imzalanacağı haqda vəd versə də, hələlik ona klub tərəfindən heç bir təklif olunmayıb. Bu səbəbdən Ronaldonun sabiq komandası "Maneçester Yunayted"ə qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, İspaniya mətbuatı Florentino Peresin PSJ-dən Neymarı almaq üçün qarşı tərəfə pulla yanaşı, Ronaldonu da təklif etməyə hazırlaşdığını yazıb.

Daha çox


Son xəbərlər