Kosovo millimizlə oyuna əsas heyətlə çıxmayacaq

Kosovo millimizlə oyuna əsas heyətlə çıxmayacaq
GÜNDƏM 15 Yanvar 2018 / 14:20 3012
-  A +

Gələn ay millimizlə yoxlama matçı keçirəcək Kosovo yığması oyuna əsas heyətlə çıxmayacaq.

Qol.az-ın məlumatına görə, bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Məlumatda komandamızla oyun üçün yığmanın heyətinə ancaq yerli çempionatda çıxış edən futbolçuların dəvət olunacağı qeyd olunub: "Bu oyun onların səviyyəsini yoxlamaq üçün yaxşı sınaqdır".

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu fevralın 2-də Antalyada baş tutacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda bu görüşdən əvvəl isə Moldova millisi ilə qüvvəsini sınayacaq. Həmin oyun yanvarın 30-da keçiriləcək.

Daha çox


Son xəbərlər