Samir Nəsri 4 il futboldan uzaqlaşdırıla bilər - dopinqə görə

Samir Nəsri 4 il futboldan uzaqlaşdırıla bilər - dopinqə görə
XƏBƏR 15 Yanvar 2018 / 13:14 2326
-  A +

"Antalyasporun" yarımmüdafiəçisi Samir Nəsri 4 il müddətinə futboldan uzaqlaşdırıla bilər.

Qol.az-ın İspaniyanın “As” qəzetinə istinadən yaydığı xəbər görə,  buna fransız yarımmüdafiəçinin qanında qadağan olunmuş preparatın aşkarlanması səbəb olub.

Dopinq testi Nəsri hələ “Sevilya”da çıxış edərkən götürülüb. Futbolçu qanından aşkarlanan preparatın qadağan olunmadığını əsas gətirərək apellyasiya şikayəti versə də, UEFA onun istəyini rədd edib.

S.Nəsri isə bildirib ki, əgər onun qanında dopinq aşkarlansa, Los-Ancelesdə vitaminterapiya olunduğu klinikanı məhkəməyə verəcək: "Çünki klinikada məni əmin etmişdilər ki, vitamin qəbul edirəm" - deyə o qeyd edib. 

Hazırda Ümumdünya Anti-Dopinq Agentliyinin Nəsrinin işi ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, S.Nəsri ötən ilin avqust ayında "Mançester Siti"dən "Antalyaspor"a keçib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın