Arda "Başakşəhər"lə müqavilə bağladı - qazancı açıqlandı

Arda "Başakşəhər"lə müqavilə bağladı - qazancı açıqlandı
XƏBƏR 15 Yanvar 2018 / 12:55 4676
-  A +

Türkiyənin “Başakşəhər” klubu yeni transferi Arda Turanı ictimaiyyətə təqdim edib.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin üzvü təqdimetmə mərasimində 2.5 illik müqaviləyə qol çəkib.

İstanbul klubunun “Barselona”dan icarəyə götürdüyü 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər 2 milyon, növbəti mövsüm 4 milyon avro qazanacaq. Klubun prezidenti Göksel Gümüşdağ bildirib ki, icarəyə görə "Barselona"ya pul ödənilməyəcək.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı