Rəşad Sadiqovla üç klub maraqlanır

XƏBƏR 19 Noyabr 2008 / 17:35 4553
-  A +

"Neftçi" klubundan kənarlaşdırılan yarımmüdafiəçi Rəşad Sadiqov qış fasiləsində komandasını dəyişmək niyyətindədir. Qol.Az-a verilən məlumata görə, futbolçu Azərbaycan Premyer-liqasının üç klubundan təklif alıb. R.Sadiqov saytımıza verdiyi açıqlamada bu xəbəri təsdiqləyib. Yarımmüdafiəçinin sözlərinə görə, onunla maraqlanan komandalar "İnter", "Xəzər-Lənkəran" və "Qarabağ"dır. R.Sadiqov bildirib ki, hələlik seçim etməkdə tələsmir: "Bunun üçün konkret danışıqlar olmalıdır. Mənimlə maraqlanan klubların hamısına hörmətlə yanaşıram. Amma qeyd edim ki, ən sərfəli təklifi qəbul edəcəyəm". Ancaq Rəşadın hazırkı klubu ilə müqaviləsi mövcuddur: "Neftçi" ilə gələn ilin mayınadək müqaviləm var. Buna baxmayaraq, inanıram ki, rəhbərlik mənim getməyimə əngəl törətməyəcək".

Anar CƏFƏRSOY

 


Son xəbərlər