“Qarabağ”ın sabiq hücumçusu Hollandiyaya qayıdır

“Qarabağ”ın sabiq hücumçusu Hollandiyaya qayıdır
XƏBƏR 15 Yanvar 2018 / 12:42 4083
-  A +

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros yenidən Hollandiyada çıxış etməyə yaxındır.

Qol.az-ın “FOX Sports”a istinadən yaydığı məlumata görə, “Utrext” isveçli futbolçunu icarəyə götürmək üçün “Benevento” klubu ilə razılığa gəlib.

Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan 27 yaşlı forvard Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub. “Qarabağ”dan ayrıldıqdan sonra “Herakles”ə keçən Armenteros 2017-ci ilin yayından İtaliya A Seriyasının debütantı “Benevento”nun formasını geyinir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın