“Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq

“Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq
XƏBƏR 15 Yanvar 2018 / 11:44 1958
-  A +

“Kəpəz”in Türkiyə toplanışı müddətində yoxlama oyunu keçirəcəyi sonuncu rəqibi məlum olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Gəncə təmsilçisi Antalyada Cənubi Koreyanın “Tedjon Sitizen” komandası ilə qarşılaşacaq. Oyun yanvarın 25-də keçiriləcək.

Xatırladaq ki, “Kəpəz” qardaş ölkədə dörd yoxlama görüşündə qüvvəsini sınayacaq. “Sarı-göylər” asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-də “Yagelloniya” (Belostok, Polşa) və 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın