"Qarabağ" afrikalı hücumçu alır?

"Qarabağ" afrikalı hücumçu alır?
ÖLKƏ FUTBOLU 15 Yanvar 2018 / 10:05 8962
-  A +

Cənubi Afrika Respublikasının  "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiat karyerasını Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın "The Herald" nəşrinə istinadən yaydığı xəbərə görə, “Qarabağ” 28 yaşlı  hücumçunu transfer etmək istəyir.

Bildirilir ki, karyerasını Avropada davam etdirmək istəyən Zimbabve yığmasının üzvü klubunun ona təklif etdiyi yeni müqavilə ilə razılaşmayıb. Buna görə də baş məşqçi Pitso Osimane onu əsas komandadan kənarlaşdırıb.

Xəbərədə “Qarabağ”ın bu futbolçuya ayda 500 min Zimbabve dolları verməyə hazır olduğu deyd olunub. Billiatın satış qiyməti isə  2,5 milyon ABŞ dollarına bərabərdir.
 
Qeyd edək ki, Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"da çıxış edir. 2011-ci ildən Zimbabve millisində oynayan forvard 26 matçda 7 qol vurub. O, əvvəllər Zimbabvenin "CAPS Yunayted", CAR-ın "Ayaks Keyptaun" komandalarında da çıxış edib.

Daha çox


Son xəbərlər