“Borussiya” Obameyanqı cəzalandırdı

“Borussiya” Obameyanqı cəzalandırdı
DÜNYA FUTBOLU 14 Yanvar 2018 / 21:18 4549
-  A +

“Borussiya” futbolçusu Pyer-Emerik Obameyanqı “Volfsburq”la bundesliqa matçının heyətindən çıxarıb.

Qol.az-ın xəbərinə görə, bu haqda Dortmund klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb. 28 yaşlı hücumçunun intizamsız davranışı səbəbindən belə bir addım atılıb.

Qeyd edək ki, qabonlu futbolçu bu mövsüm ikinci dəfədir bənzər hərəkəti səbəbindən belə cəzaya məruz qalır. Bundan əvvəl o, Barselonada oyunöncəsi gecə klubuna getdiyi üçün bundesliqada “Ştutqart”la görüşün heyətindən xaric edilmişdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı