“Keşlə”yə yeni transferlər lazımdır” – Yuri Maksimov

“Keşlə”yə yeni transferlər lazımdır” – Yuri Maksimov
ÖLKƏ FUTBOLU 14 Yanvar 2018 / 20:16 3470
-  A +

"Yoxlama oyununda nəticə vacib deyil. Əsas məqsədimiz başqaydı".

Bu fikirləri "Keşlə"in baş məşqçisi Yuri Maksimov bildirib. Bu gün İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında "Neftçi" ilə yoxlama oyununda 2:1 hesablı əzmkar qələbə qazanan Yuri Maksimovun komandası bununla qış fasiləsində 2-ci sınaq matçında da meydanı qalib tərk edib. İlk rəqib 3:1 hesabıyla məğlub edilən I Divizion təmsilçisi "Qaradağ Lökbatan" idi.

Ukraynalı mütəxəssis komandasının "Neftçi"yə qarşı göstərdiyi oyundan razı qalıb: "Bizi əsas maraqlandıran futbolçuların fiziki hazırlıqlarının hansı vəziyyətdə olması idi. Çünki indiki hazırlıq dövründə komandaya fiziki yükləmələr verir, bunu tədricən artırırıq. Belə gərgin çalışmalardan sonra futbolçuların fiziki durumlarının necə olduğunu görmək istəyirdik. Və əlbəttə, baxışda olan futbolçuları sınamaq, onların bizə faydalı olub-olmayacağını müəyyənləşdirmək. Hələ ki, bunu etməmişik. Bir oyunla qərar verilmir. Baxışa gələnlər hələ ki, düşərgəmizdədi. Vəziyyətə baxacağıq. Bizə yeni transferlər lazımdı və bu yöndə çalışmalarımızı davam etdirəcəyik".

Xatırladaq ki, Maksimov baxışa gələn legionerlər - kamerunlu Herve Tçamiylə Nemanya Stayanoviçi bu dəfə də oynadıb. Bu yarımmüdafiəçilərdən Tçami sınaqdan uğurla keçdiyindən onunla rəsmi müqavilə imzalanaraq keçidinin rəsmliləşməsi qalıb (sport24.az).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın