Neymara görə fantastik təklif – Ronaldo + pul

Neymara görə fantastik təklif – Ronaldo + pul
XƏBƏR 14 Yanvar 2018 / 18:04 9668
-  A +

"Real" yayda Neymarı heyətinə qatmaq üçün Kriştianu Ronaldonu da PSJ-yə verə bilər.

Qol.az-ın məlumatına görə, bu iddia İspaniya radiolarının birində yayımlanan "El Larguero" verilişində ortaya atılıb. Xəbər bildirilib ki, "kral klubu"nun prezidenti Florentino Peres braziliyalı ulduz üçün pulla yanaşı, portuqaliyalını da qarşı tərəfə təklif etməyə hazırdır. "Real"ın DÇ-2018-dən sonra danışıqlara başlayacağı söylənilir.

Qeyd edək ki, PSJ Neymara 500 milyon avro təzminat qiyməti qoyub.

Daha çox


Son xəbərlər