Ukraynalı qapıçı "Kəpəz"lə müqavilə bağlayır

Ukraynalı qapıçı "Kəpəz"lə müqavilə bağlayır
XƏBƏR 14 Yanvar 2018 / 11:21 3802
-  A +

"Kəpəz"in müqavilə imzalamağa hazırlaşdığı ukraynalı qapıçı Sergey Litovçenko daha iki klubdan təklif alıbmış.

Qol.az-ın məlumatına görə, bu haqda Ukrayna mətbuatı xəbər yayıb. "Atn.ua" saytının yazdığına görə, Tbilisi "Dinamo"sundan ayrıldıqdan sonra 30 yaşlı qolkiper Ukrayna və Türkiyə klublarının maraq dairəsinə düşüb. Xüsusi ilə qardaş ölkə təmsilçisi təcrübəli qapıçı ilə daha ciddi maraqlanıb, hətta ona təklif də göndərib. Ancaq Litovçenko türk klubunu yox, "Kəpəz"i seçib.

Qeyd edək ki, Ukrayna "Arsenal"ının yetirməsi olan qolkiperlə gələn həftə rəsmi müqavilə imzalanacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı