"Qorxulu vəziyyətdir" - "Real"ın futbolçusu

"Qorxulu vəziyyətdir" - "Real"ın futbolçusu
XƏBƏR 14 Yanvar 2018 / 10:38 6102
-  A +

"Biz bu cür nəticəyə layiq deyildik. Yaxşı oynadıq, sadəcə, top qapıya daxil olmadı. Bunu izah edə bilmirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri İspaniya La Liqasının 19-cu turunda "Vilyarreal"a 0:1 hesablı məğlubiyyətdən sonra "BBC"yə açıqlamasında "Real"ın müdafiəçisi Marselo deyib. Komandasının cari mövsümdəki uğursuz çıxışını dəyərləndirən braziliyalı futbolçu hazırkı vəziyyətin onları qəzəbləndirdiyini bildirib:

"Qorxulu vəziyyətdir, çətin duruma düşmüşük. Yaxşı futbol oynamağa çalışırıq, topla çox rəftar edirik., qapıya doğru zərbələr vururuq, amma alınmır. Bu isə bizi qəzəbləndirir. Hiss olunur ki, "Real" aşağı doğru gedir".

Qeyd edək ki, "Real" hazırda 32 xalla 4-cü pillədədir. "Kral klubu" lider "Barselona"dan 16 xal geri qalır. Əgər kataloniyalılar bu gün səfərdə "Real Sosyedad"ı məğlub etsələr, fərq 19-a çıxacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı