Mussa Sou yenidən Türkiyədə

Mussa Sou yenidən Türkiyədə
XƏBƏR 13 Yanvar 2018 / 15:50 6300
-  A +

“Fənərbaxça”nın sabiq futbolçusu Mussa Sou yenidən Türkiyədə çıxış edəcək.

Qol.az-ın məlumatına görə, seneqallı hücumçu “Bursaspor”la anlaşıb. Bu barədə klubun saytı xəbər yayıb.

Qeyd edək ki, son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandası olan hücumçu  2012-2015 və 2016-2017-ci illərdə “Fənərbaxça”da oynayıb. 31 yaşlı forvard Fransanın “Renn”, “Sedan” və “Lill” klublarında da çıxış edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı