"Neymarın PSJ-yə keçidi geriyə addımdır" - Ronaldo

"Neymarın PSJ-yə keçidi geriyə addımdır" -  Ronaldo
XƏBƏR 13 Yanvar 2018 / 01:10 6770
-  A +

Braziliya millisinin sabiq futbolçusu Ronaldo həmyerlisi Neymarın “Barselona”dan PSJ-yə keçidinə münasibət bildirib.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, veteran hücumçu Neymarın bu addımının bəyənmədiyini deyib:

“İdman prinsipləri baxımından Neymarın PSJ-yə keçidi geriyə atılmış addımdır. Ancaq hər kəs özü üçün yeni macəra axtarır”.

Ronaldo özünün “Barselona”dan Milan “İnter”inə keçidini isə belə izah edib: “Mən də vaxtilə “Barselona”nı tərk edib, “İnter”ə keçmişəm. Ancaq o zaman İtaliya çempionatı daha gərgin idi”.

Xatırladaq ki, ötən ilin yayında “Barsa”dan 222 milyona PSY-yə transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub.

Son xəbərlər