"Zirə" əvəzedicilərinə qalib gəldi

"Zirə" əvəzedicilərinə qalib gəldi
XƏBƏR 12 Yanvar 2018 / 17:40 1495
-  A +

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən "Zirə" bu gün yoxlama oyunu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda əvəzediciləri ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş əsas komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki qolu Vüsal İskəndərli, digər iki qolu isə Mirsahib Abbasov vurub. Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə baş məşqçi Ayxan Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb.

Qeyd edək ki, "Zirə" növbəti yoxlama  matçını yanvarın 19-da "Keşlə"yə qarşı keçirəcək.
 

Daha çox

14.12.18

Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu

14.12.18  01:11

14 tur, 18 futbolçu