"Raufu komandamda görmək istəyirəm" - Yuri Maksimov

"Raufu komandamda görmək istəyirəm" - Yuri Maksimov
MÜSAHİBƏ 11 Yanvar 2018 / 16:07 6594
-  A +

"Keşlə"nin yeni baş məşqçisi Yuri Maksimov "Qaradağ-Lökbatan"la yoxlama oyunundan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Bilirsiniz ki, heyətdə yeni futbolçular var.  Bugünkü matç onları yoxlamaq məqsədi daşıyırdı. Ona görə də oyuna elə də ciddi yanaşmamışdıq.

- Azərbaycanda ilk iş təcrübənizdir. Çempionatın ikinci dövrəsi yaxınlaşır. Nə düşünürsünüz?

- Azərbaycanlı futbolçular texniki cəhətdən yaxşıdırlar, top itirməyi sevmirlər. Ümumi götürəndə, hər şey normaldır. Sadəcə, oyunumuza bir az aqressivlik qatmaq istəyirik. Getdikcə hər şey qaydasına düşəcək.

- "Keşlə"nin turnir cədvəlindəki mövqeyi çox təhlükəlidir. Komandanı bu vəziyyətdən çıxarmaq üçün ilk növbədə nə etmək lazımdır? Ümumiyyətlə, rəhbərlik qarşısınıza hansı hədəfləri qoyub?

- Qarşıma müəyyən məqsədlər qoyulub. Çalışacağıq ki, bu komanda ilə müəyyən nəticələr qazanaq. Bu işdə yeni futbolçular da bizə kömək edəcəklər. Ona görə düzgün seçim aparmalıyıq.

- Baxışda olan futbolçular haqda hansı fikirdəsiniz?

- Bu futbolçular hələ ki, baxışdadılar. İlk oyundan sonra onlar haqda dəqiq söz deyə bilmərəm. Köməkçilərimlə birlikdə yeni futbolçulara baxırıq, daim axtarışdayıq. Çalışırıq ki, zəif mövqelərə yeni oyunçular cəlb edək. Elə mövqelər var ki, orda azərbaycanlılar oynayacaqlar. İstəyirik ki, bizə ayrılan büdcəyə uyğun futbolçular transfer edək.

- Yayda "Keşlə"dən ayrılan Rauf Əliyevin yenidən komandaya qaytarılması ilə bağlı məsələ müzakirə olunubmu? Sizin mövqeyinizi bilmək maraqlı olardı...

- Raufla bağlı yaxşı fikirdəyəm. Onu komandamda görmək istəyirəm. Yaxşı futbolçudur. Amma arada müəyyən bir inciklik olub. Bir də müqavilə məsələsində fikir ayrılığı var. Biz ilyarımlıq müqavilə təklif etmişik, o, 6 aylıq istəyir. Bu nüansda da razılığa gəlməliyik.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord