Prosineçki Şehiçi milliyə çağırdı

Prosineçki Şehiçi milliyə çağırdı
GÜNDƏM 9 Yanvar 2018 / 17:17 5356
-  A +

"Qarabağ"ın futbolçusu İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yığmanın yeni baş məşqçisi Robert Prosineçki ABŞ-da keçiriləcək təlim-məşq toplanışı üçün 28 nəfərlik siyahıya 29 yaşlı qolkiperin adını da daxil edib.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin yanvarın 28-i ABŞ-la, üç gün sonra isə Meksika ilə yoxlama oyunu keçirəcəyi gözlənilir.

Əlavə edək ki, millimizin sabiq çalışdırıcısı R.Prosineçki bu ay Bosniya və Herseqovina yığmasına baş məşqçi təyin edilib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı