“Azərbaycan bizdən güclüdür” – Moldova millisinin sabiq üzvü

“Azərbaycan bizdən güclüdür” – Moldova millisinin sabiq üzvü
ÖLKƏ FUTBOLU 9 Yanvar 2018 / 14:00 3618
-  A +

Moldova millisinin sabiq üzvü Dan Pisla yanvarın 30-da Antalyada Azərbaycanla baş tutacaq yoxlama oyunundan danışıb.

Vaxtı ilə ölkəmizdə çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi Qol.az-a açıqlamasında yığmamızın hazırda Moldovadan güclü olduğunu bildirib:

“Əvvəlcə onu deyim ki, maraqlı oyun olacaq. Hazırda Azərbaycan millisi bizdən güclüdür. Amma mən Moldovaya azarkeşlik edəcəm”.

Azərbaycanda “Standard”, “Muğan” və “Turan” klublarının formasını geyinmiş təcrübəli futbolçu Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasına da münasibət bildirib: “Mənə görə, Qurban Qurbanov Azərbaycanda ən güclü mütəxəssdir. Əslində tək mən yox, hamı belə düşünür. İndiki məqamda milli üçün ideal seçimdir. Gələcəkdə necə olacaq, bunu zaman göstərəcək”.

Qeyd edək ki, 2007-2010-cu illər mövsümündə “Standard” (37 oyun, 7 qol), 2010-2011 mövsümündə “Muğan” (13 oyun, 1 qol), 2012-ci ildə isə “Turan” (12 oyun) klublarının şərəfini qoruyan Pisla Moldova millisində 1 oyun keçirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın