"Özümü xoşbəxt hiss edirəm" - Araz Abdullayev

"Özümü xoşbəxt hiss edirəm" -  Araz Abdullayev
ÖLKƏ FUTBOLU 8 Yanvar 2018 / 17:27 7189
-  A +

“Böyük oyun idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Anortosis”in yarımmüdafiəçi Araz Abdullayev deyib.

Millimizin üzvü ölkə çempionatının 19-cu turunun AEK-lə oyununda (3:1) qazandıqları qələbədən danışıb. O, təəssüratlarını “kerkida.net” saytına açıqlayıb:

“Bizdə istək daha çox idi. Çünki turnir cədvəlində zirvəyə qalxmaq istəyirdik. AEK də çox yaxşı oynadı. Ancaq biz daha çox mübarizə apardıq. Özünəinam qələbə qazanmağımıza kömək etdi”.

İki məhsuldar ötürmə ilə komandasının qələbəsində yaxından iştirak edən Araz sevincini gizlətməyib: “Özümü xoşbəxt hiss edirəm. Komandanın aparıcı üzvlərindən biri olmaq istəyirəm. Fərqi yoxdur, qol vururam və ya başqa formada komandama kömək edirəm. Əsas odur ki, biz qələbə qazandıq”.

Bu qələbədən sonra “Anortosis” xallarının sayını 40-a çatdıraraq liderliyə yüksəlib. Abdullayev zirvədə qalmağın daha çətin olduğunu bildirib: “Bizim üçün hər bir oyun ağırdır. Zirvədə olanda bütün komandalar sizinlə daha çox rəqabət aparır".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord