“Mançester Siti”nin sabiq üzvü “Kəpəz”in düşərgəsində

“Mançester Siti”nin sabiq üzvü “Kəpəz”in düşərgəsində
GÜNDƏM 8 Yanvar 2018 / 12:14 6536
-  A +

“Kəpəz”in düşərgəsinə yeni futbolçu qoşulub.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Yunis Hüseynovun baxışa çağırdığı Aleks Nimeli dünən Bakıya gəlib.

Liberiya əsilli ingilis futbolçu komanda ilə birlikdə məşqlərə qatılacaq. 26 yaşlı hücumçu Bakı toplanışı ərzində baş məşqçinin etimadını qazansa, onunla müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Nimeli karyerası ərzində əsasən İngiltərədə oynayıb. Vətənində “Coton de Garoua”da 9 oyuna 5 qol vuran forvard 2008–2014-cü illərdə “Mançester Siti”nin üzvü olub. Burada cəmi 1 matça çıxan futbolçu “Midlsbro”, “Koventri”, “Kristal Pelas” və “Port Veyl”də 29 oyunda 1 dəfə fərqlənib. Daha sonra Rumıniyaya yollanan forvard “Poli Timişoara”da 10 matçda 3 qol vurub. Ardınca ölkənin digər təmsilçisi “Vitorul”a keçib (18 oyun, 4 qol). Ötən il Norveç “Stabek”ində 13 matçda 2 dəfə fərqlənən Nimeli İngiltərənin U-20 yığmasında da çıxış edib (3 oyun, 1 qol).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı