"Keşlə"dən bosniyalı hücumçuya təklif

"Keşlə"dən bosniyalı hücumçuya təklif
GÜNDƏM 8 Yanvar 2018 / 10:30 4409
-  A +

“Keşlə” heyətinə yeni legioner cəlb edə bilər.

Qol.az-ın məlumatına görə, paytaxt klubu bosniyalı hücumçu Süleyman Krpiçə təklif göndərib.

Bunu futbolçunun agenti Samir Mexiç Bosniya və Hersoqovina mətbuatına açıqlamasında deyib.

O, 27 yaşlı futbolçunun transferində tələsmədiklərini bildirib: “Krpiçə bir neçə təklif gəlib. “Şkendiya” (Makedoniya),  “İrtış” (Qazaxıstan) və Bakı “İnter”ini (“Keşlə”) qeyd edə bilərəm. Ancaq hələ  fikirləşmək istəyirik”.

Qeyd edək ki, Bonsiya və Hersoqovinanın “Sloboda Tuzla” klubunda çıxış edən Krpiç bu mövsüm 13 oyuna 4 qol vurub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord