"Qəbələ" 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.
Qol.az-ın məlumatına görə,"qırmızı-qaralar"ın təcrübəli yarımmüdafiəçisi Asif Məmmədov toplanışın ilk günlərini klubun rəsmi saytına açıqlamasında dəyərləndirib. O, hazırlığın bəhrəsini vacib və çətin matçlarda görəcəklərini bildirib:
"Hazırlıq prosesinin iki günü arxada qalıb. Toplanışın ilk günləri ağır olur. Bu da həmişə təsadüf olunan haldır. Çünki komanda istirahətdən dönüb. Düşünürəm ki, getdikcə hər şey qaydasına düşəcək. Bir az çalışıb, yoxlama oyunları keçirdikdən sonra komandanın fiziki durumu yüksəlib, öz əvvəlki vəziyyətinə çatacaq. Bu üzdən də yaxşı hazırlaşmalıyıq. Çünki qarşıda bizi çətin oyunlar gözləyir. Məşqlərin o qədər də ağır keçdiyini demək olmaz. Baş məşqçi də hər şeyi nəzərə alıb, yükləmələri tədricən artırır. Ağır məşqlərin olması təbiidir. Belə ağır məşqlər olmalıdır ki, sonra özümüzü daha yaxşı, daha rahat hiss edək".
Mövsümün arxada qalan ilk yarısını da dəyərləndirən Məmmədov Topaz Premyer Liqası və Azərbaycan kubokundakı çıxışı da müsbət hesab edir: "Mövsümün arxada qalan hissəsindəki çıxışımızı yaxşı hesab edirəm. Düzdür, bəzi oyunlarda uduzmamalı olduğumuz halda məğlubiyyətlə üzləşdik. Amma futbolda belə hallar olur. Ümumilikdə, ilk iki dövrədəki çıxışımız normal sayılır. Həm kubokda mübarizəni davam etdiririk, həm də çempionatda şanslarımızı qoruyuruq".
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr