İnyesta Çindən gələn təklifi rədd edib

İnyesta Çindən gələn təklifi rədd edib
XƏBƏR 16 Dekabr 2017 / 15:02 2271
-  A +

“Barselona”nın kapitanı Andres İnyesta Çin klubunun sərfəli təklifini rədd edib.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, Superliqa klubu 33 yaşlı yarımmüdafiəçiyə “Barsa”da qazandığından bir neçə dəfə artığını təklfi edib.

Ancaq İnyesta yetirməsi olduğunu “Barselona”nı Çin klubuna dəyişməyib.

Qeyd edək ki, “Barselona” bu ilin oktyabrında İspaniya millisinin üzvü ilə ömürlük müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər