"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi

"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi
XƏBƏR 16 Dekabr 2017 / 14:30 2495
-  A +

“Qəbələ”nin qış hazırlıq planı ilə bağlı məlumat vermişdik.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı qaralar”ın Antalyadakı təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib. Bu, Rusiya "Arsenal"ıdır.

Hazırlıq müddəti yanvarın 5-dən 17-dək davam edəcək. “Qəbələ” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Roman Qriqorçukun komandası yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor” ilə, 17-də isə İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq. Daha bir matç ayın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib.

Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. “Qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə “Qəbələ” daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”,  27-də Rusiyanın “Arsenal” (Tula), 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək komanda fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə qarşılaşmada qüvvəsinə sınayacaq.

Daha çox


Son xəbərlər