Stankoviç daha 2 il "Qəbələ"də

Stankoviç daha 2 il "Qəbələ"də
GÜNDƏM 16 Dekabr 2017 / 14:17 2628
-  A +

“Qəbələ” futbolçusu Voislav Stankoviçlə yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb. 30 yaşlı futbolçu 2019-cu ilin sonunadək “qırmızı-qara” forma geyinəcək.

Xatırladaq ki, 2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Stankoviç "Qəbələ"nin heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Serbiyalı müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan kubokunda 13 matç (1 qol) keçirib.

Daha çox


Son xəbərlər