"Çempionat başlayanda sübut etdik ki..." - Emil Balayev

"Çempionat başlayanda sübut etdik ki..." -  Emil Balayev
ÖLKƏ FUTBOLU 16 Dekabr 2017 / 13:50 3810
-  A +

“Səbail”in qapıçısı Emil Balayev ölkə kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunundan (2:4) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Meydana ən azı əzmkar oyun üçün çıxmışdıq. İlk dəqiqələrdə hesabı açdıq. Dərhal da top buraxdığımız üçün həvəsdən düşdük. Amma sonradan toparlana bildik. İkinci hissəyə də yaxşı başlamışdıq. 3-cü qol ümidlərimizin üstündən xətt çəkdi. Bununla belə, hamı meydanda maksimum gücünü ortaya qoydu.


- İlk oyunla müqayisədə bu dəfə daha çox qol buraxdınız. Səbəbi nədə görürsən?

- Dəqiq deyə bilmərəm. Məşqçi daha yaxşı bilər. 5-6 ayın komandasıyıq. “Qəbələ” isə sabit, formalaşmış, eyni zamanda, Avroliqada oynamış kollektivdir. Səviyyə fərqi öz sözünü dedi.

- Birinci qolda top düz üstünə gəldi və qapıya daxil oldu. Zərbəni görmədin, yoxsa...?

- Epziod dəqiq yadımda deyil. Videoyazısına baxacam. Zərbə yaxşı endirilmişdi, ola bilsin, buna görə tuta bilmədim.

- Komandanın fasiləyə qədərki çıxışını necə dəyərləndirirsən?

- Hər bir komanda ilə sona qədər mübarizə aparmağa çalışırıq. Konkret hədəfimiz yox idi. Çempionat başlayanda da sübut etdik ki, asan təslim olmayacağıq. Premyer Liqada debüt ilimiz olsa da, bütün komandalara qarşı yaxşı oynayırıq.

- Fevralda milli komandamız Gürcüstanla yoxlama oyunu keçirəcək. Həmin görüşə dəvət alacağını gözləyirsənmi?

- Hər bir futbolçu milli komandada oynamaq istəyər. Çağırılıb-çağırılmayacağımı bilmirəm. Amma istənilən halda baş məşqçinin seçiminə hörmətlə yanaşacam.

Daha çox


Son xəbərlər