Emerinin evi soyuldu

Emerinin evi soyuldu
XƏBƏR 16 Dekabr 2017 / 01:20 2398
-  A +

PSJ-nin baş məşqçisi Unai Emerinin evi soyulub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, cinayətkarlar təcrübəli mütəxəssisin evindən “Rolex” saatı, bilərzik, həyat yoldaşına məxsus 2 “Chanel” çantası oğurlayıblar. Ümumi zərər 20 min avro həcmində dəyərləndirilir.

Bundan başqa, Emerinin PSJ ilə müqaviləsinin nüsxəsi və transfer planının yer aldığı sənədlər, eləcə də Neymarın forması da oğurlanıb. Polis artıq axtarışlara başlayıb.

Qeyd edək ki, oğurluq zamanı Emerinin komandası kubok matçı çərçivəsində səfərdə “Straburq”un (4:2) qonağı olub.

Daha çox


Son xəbərlər