La Liqada ayın ən yaxşısı müəyyənləşdi

La Liqada ayın ən yaxşısı müəyyənləşdi
XƏBƏR 16 Dekabr 2017 / 00:58 2322
-  A +

İspaniya La Liqasında noyabrın ən yaxşı futbolçusunun adı məlum olub.

Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, “Selta”nın hücumçusu Yaqo Aspas ötən ayın ən yaxşısı seçilib.

30 yaşlı forvard Adnan Yanuzay (“Real Soseydad”) və Rodriqonu (“Valensiya”) qabaqlayıb.

Qeyd edək ki, Aspas ötən ay La Liqada meydana çıxdığı 3 oyunda 3 qol vurub. Ümumilikdə isə “Selta”nın forvardı 15 oyunda 9 dəfə fərqlənib.


 

Daha çox


Son xəbərlər