“Bundan sonra kubok daha maraqlı olacaq" - "Sumqayıt"ın məşqçisi

“Bundan sonra kubok daha maraqlı olacaq" -  "Sumqayıt"ın məşqçisi
GÜNDƏM 15 Dekabr 2017 / 22:10 4173
-  A +

"Çox maraqlı oyun alındı. Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür edirəm. Canlarını qoydular. Azarkeşlərimizə təşəkkür edirəm. Qurban müəllimə də işində uğurlar arzulayıram. O, bizim böyük qardaşımızdır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la cavab oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.


- Futbolçular “Qarabağ”dan çəkinmirdi...

- Komandamız gənclərdən ibarətdir. Əzmkarlıq var. Motivasiya etməyimiz işə yaradı.

- Samir Abasovla danışdınızmı?

- Xeyr, onunla danışmamışam. Amma bu qələbə daha çox Samir Abasovun zəhmətinin bəhrəsidir.

- Sizcə, oyunun ən yaxşısı kim idi?

- Bütün futbolçularım yaxşı idi. Mehdi Cənnətovdan tutmuş, Xəyal Nəcəfova qədər.

- “Keşlə” ilə qarşılaşacaqsınız. Onlar da fasilədə heyəti gücləndirəcək. Final şansınızı necə qiymətləndirirsiniz?

- Bundan sonra kubok daha maraqlı olacaq. Hələ yolumuz uzundur. Düşünürəm ki, yaxşı olacaq. “Keşlə”yə də uğurlar arzulayırıq. Biz də əlimizi aşağı salmayacağıq (Sport24.az).

Daha çox


Son xəbərlər