"Tətilə xoş hisslərlə gedirik" - Qriqorçuk

"Tətilə xoş hisslərlə gedirik" -  Qriqorçuk
ÖLKƏ FUTBOLU 15 Dekabr 2017 / 18:14 2351
-  A +

“Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk dövrəni  xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ!”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Səbail”i 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konafransında deyib. 

Ukraynalı mütəxəssis hazırda komandadan gedəcək futbolçuları müəyyənləşdirmədiyini bildirib:
“Hal-hazırda bu barədə nə isə deyə bilmərəm. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil. Hələ ki, bütün oyunçular bizimlədir”.

Daha çox


Son xəbərlər