"Real"a qayıtmağı düşünmürəm" - Xames Rodriqes

"Real"a qayıtmağı düşünmürəm" - Xames Rodriqes
XƏBƏR 15 Dekabr 2017 / 16:41 3558
-  A +

"Bavariya"da icarə əsasında çıxış edən Xames Rodriqes müqavilə ilə məxsus olduğu "Real"a qayıtmağı düşünmür.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə o, özü açıqlamasında bildirib: "Hazırda "Real"a qayıtmağı düşünmürəm. Son iki ildə bu qədər oynamamışdım. Uzun müddətdən sonra mütəmadi olaraq mənə şans verildiyi üçün xoşbəxtəm. Hazırda yarımmüdafiənin sağında oynayıram. Amma fərqli mövqelərdə çıxış etməkdəndə də məmnunam".

Qeyd edək ki, X.Rodriqes bu mövsüm 21 matçın 15-də start heyətdə meydana daxil oub. Münhen klubu mövsümün əvvəlində onu 2 illik icarəyə götürüb


Son xəbərlər