İngiltərədə noyabrın ən yaxşı oyunçusu seçildi

İngiltərədə noyabrın ən yaxşı oyunçusu seçildi
XƏBƏR 15 Dekabr 2017 / 16:03 1789
-  A +

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Qol.az-ın liqanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah ötən ayın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, bu mükafata digər namizədlər Rahim Sterlinq, Kevin de Bruyne (hər ikisi "Mançester Siti"), Robert Breydi ("Bernli"), Eden Hazard ("Çelsi"), Şkordan Mustafi ("Arsenal") və Eşli Yanq ("Mançester Yunayted") idi.

Əlavə edək ki, M.Salah noyabrda 4 matçda 7 qol vurub.

 

 

Daha çox


Son xəbərlər