Qvardiola yenə ən yaxşı məşqçi seçildi

Qvardiola yenə ən yaxşı məşqçi seçildi
DÜNYA FUTBOLU 15 Dekabr 2017 / 14:48 2148
-  A +

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Qol.az-ın liqanın saytına istinadən yaydığı xəbərə görə, "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib.

O, Şon Dayç ("Bernli"), Antonio Konte ("Çelsi"), Yurgen Klopp ("Liverpul"), Joze Mourinyo ("Mançester Yunayted") və Arsen Vengeri ("Arsenal") qabaqlayıb. Bununla da təcrübəli mütəxəssis dalbadal 3 dəfə bu mükafatı qazanan ilk məşqçi olub.

Qeyd edək ki, P.Qvardiolanın komandası noyabrda keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb.


Son xəbərlər