Maskerano Çin klubuna gedir

Maskerano Çin klubuna gedir
XƏBƏR 15 Dekabr 2017 / 13:14 2067
-  A +

"Barselona"nın futbolçusu Xavyer Maskerano klubdakı gələcəyi ilə bağlı yekun qərarını verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı oyunçu ayrılmaq istəməsi ilə bağlı qərarının qəti olduğunu klub rəhbərliyinə bildirib.

Bundan başqa, X.Maskeranonun Çinin "Xebay Çayna Forçun" klubuna transfer olunacağı yazılıb. "Barsa"nın bu keçidə razılıq verəcəyi, Çin klubundan gələcək təklifi məbləğindən asılı olmayaraq, qəbul edəcəyi bildirilib.  33 yaşlı müdafiçinin yaxın günlərdə "Xebay Çayna Forçun"la müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Çin təmsilçisinin "Barsa"ya 6 milyon avroluq təklif göndərəcəyi iddia olunur.

Daha çox


Son xəbərlər