"Neftçi"nin kapitanı cəzalı duruma düşdü

"Neftçi"nin kapitanı cəzalı duruma düşdü
GÜNDƏM 15 Dekabr 2017 / 10:05 2042
-  A +

"Neftçi"nin kapitanı Ruslan Abışov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununu buraxacaq.

Qol.az-ın məlumatına görə, buna onun cəzalı duruma düşməsi səbəb olub. 30 yaşlı futbolçu “Zirə” ilə 1/4 final mərhələsinin cavab görüşünün 17-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. R.Abışov ilk matçda da xəbərdarlıq aldığı üçün sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, "Neftçi" yarımfinalda "Səbail" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.

 

Daha çox


Son xəbərlər