"Sumqayıt"dan sensasiyalı qələbə - "Qarabağ"ı kubokdan kənarlaşdırdı

"Sumqayıt"dan sensasiyalı qələbə -  "Qarabağ"ı kubokdan kənarlaşdırdı
ÖLKƏ FUTBOLU 15 Dekabr 2017 / 20:53 18003
-  A +

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, keçirilən iki oyunla bütün yarımfinalçılar bəllli olub.

Günün ilk oyununda "Səbail" "Qəbələ"ni qəbul edib. Öz meydanında keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan "Qəbələ" cavab matçında da 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Roman Qriqorçukun komandası yarımfinalda "Neftçi" ilə qarşılaşacaq.

Digər görüşdə - ilin son qarşılaşmasında  isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Oyun "Sumqayıt"ın sensasiyalı qələbəsi ilə nəticələnib - 2:0. Beləliklə, son üç mövsümdə "qızıl dubl" edən "Qarabağ" gözlənilmədən kubokla vidalaşıb.

 

15 dekabr (cümə)

19:00.“Sumqayıt” – “Qarabağ” - 2:0
Qol:
Kamal Mirzəyev, 22, Amil Yunanov, 90
İlk oyun - 1:2
Hakimlər:
Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”

16:00.“Səbail” – “Qəbələ” - 2:4
Qollar:
Adrian Popoviçi, 16 (1:0), Filip Ozobiç, 22 (1:1), Ruslan Qurbanov, 44 (1:2), Famussa Kone, 56 (1:3), Baqali Dabo, 75 (1:4), Elman Taqayev, 78 (2:4)
İlk oyun - 0:1
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”


14 dekabr (cümə axşamı)


"Neftçi” – “Zirə” - 2:0
İlk oyun - 0:1

“Kəpəz” – “Keşlə” - 2:3
İlk oyun - 0:2
 

 Yarımfinal cütlükləri

"Keşlə" - “Sumqayıt” 

“Neftçi”  – “Qəbələ”

Yarımfinallın oyunları 11-18 aprel tarixlərində keçiriləcək.


Daha çox


Son xəbərlər